Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Hacı Əliyevə ümidimiz böyükdür" – Xetaq Qazyumov
    12.09.2023 13:14:20

    “Ambisiyalı məşqçiyəm, dünya çempionatında Olimpiadaya minimum 6 lisenziya hədəfləyirik”.

    Prosport.Az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında hədəfləri barədə danışarkən deyib.

    40 yaşlı mütəxəssis mundiala döyüşkən heyətlə yollanacaqlarını bildirib: “Qeyri-olimpiya çəkilərində əsasən gənclərə üstünlük vermişik. Olimpiya çəkilərində isə təcrübəlilər yer alıb. İdmançılarımız dünya çempionatında öz sözlərini demək istəyir. Maksimum güclərini ortaya qoymaları üçün çalışırıq. Məsələn, Avropa çempionumuz Əliabbas Rzazadədən (57 kq) minimum Olimpiadaya lisenziya qazanmağı gözləyirəm. Maksimumu arzulayan insan kimi onun dünya çempionu olmasını istəyirəm”.

    O, üçqat dünya çempionu Hacı Əliyevdən (65 kq) uğurunu təkrarlamasını gözləyir: “Dünya və Avropa çempionumuz Hacı Əliyevə də ümidimiz böyükdür. Hazırda çox yaxşı formadadır. İnanıram ki, hansısa zədə və ya problem onun yenidən dünya çempionu olmasına mane olmayacaq”.

    Baş məşqçi 74 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı Turan Bayramovla bağlı da xoş fikirlər səsləndirib: “Turan Bayramov istedadlı gənclərimizdəndir. O bu il gənclər arasında Avropa çempionatının qalibi olub, beynəlxalq turnirdə uğurlu çıxış edib. Təlim-məşq toplanışını da yüksək səviyyədə keçirdi. Hər şey öz əlindədir. Fikrimcə, qızıl medal qazanmağa, ən pis halda Olimpiadaya lisenziya əldə etməyə hazırdır”.

    Xetaq Qazyumov digər güləşçilərdən Əbubəkr Abakarov (86 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Georgi Meşvildişvilidən (125 kq) də dünya çempionluğu gözləyir: “İstər olimpiya, istərsə də qeyri-olimpiya çəkilərində maksimum nəticəni hədəfləyirik. Bunun üçün güləşçilərimiz xarakter nümayiş etdirməli və görüşlərə yüksək motivasiya olunmalıdır. Əlbəttə ki, rəqiblər güclüdür. Ancaq bizim üçün ən vacibi özümüzük. Hansısa komandanın bizə maneə törədəcəyi barədə düşünmürük”.

    Qeyd edək ki, sentyabrın 16-24-ü aralığında keçiriləcək dünya çempionatına Azərbaycan 10 sərbəst güləşçi ilə yollanacaq.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının və klubunun adı dəyişdirildi, "Azərmaş" sponsor gəldi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved