14 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışı keçir.
Prosport.Az xəbər verir ki, komanda hazırlıq prosesində Serbiyanın "Partizan" və "Srvena Zvezda" klubları ilə yoxlama oyunlarında üz-üzə gələcək.
Toplanış noyabrın 22-də başa çatacaq.
