"Gəncə" basketbol klubu Donovan Donaldson ilə güclənib.
Prosport.Az xəbər verir ki, ABŞ-dən olan basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Donaldson oyun qurucusu mövqeyində çıxış edən və karyerası ərzində Avropanın bir çox liqalarında oynamış təcrübəli basketbolçudur. 30 yaşlı oyunçu Şimali Makedoniya, Macarıstan, Almaniya, Yunanıstan, Finlandiya və Fransada çıxış edib. Son klubu ilə Kiprin "Keravnos" komandası olub.
