Azərbaycanın “LANDAU Layns” klubunun basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda VI turun ən yaxşı oyunçusu seçilib.
Prosport.Az xəbər verir ki, o, İsveçrədə yerli “Cenevrə Layns"la oyunda 34 xal, 2 ribaund, 2 assist və 30 effektivlik göstəricisi ilə fərqlənib.
Xatırladaq ki, "şirlər" bu matçda rəqibinə 77:85 hesabı ilə məğlub olub.
