Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, yığmamız A qrupundakı 2-ci matçında İrlandiya seçməsini qəbul edib.
Milli Gimnastika Arenasındakı baş tutan görüş rəqibin 91:73 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, Azərbaycan komandası qrupdakı ilk oyununda İsveçrəyə 33:84 hesabı ilə uduzub.
Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 17-də səfərdə İslandiya yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
