ABŞ-dən olan basketbolçu Aubri Makalpayn "Naxçıvan" klubuna keçib.
Prosport.Az xəbər verir ki, oyunçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, Aubri Makalpayn 2023/2024 mövsümündə də "Naxçıvan"ın formasını geyinib. O, son olaraq ötən mövsüm "LANDAU Layns" komandasında çıxış edib.
