“Sabah” Basketbol Klubunun amerikalı basketbolçusu Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin oyunçusu adına layiq görülüb.
Prosport.Az xəbər verir ki, FIBA tərəfindən azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, Bleyks səslərin 52 faizini toplayaraq həftənin ən yaxşı oyunçusu seçilib.
“Sabah” son turda Türkiyənin “Trabzonspor” komandasını 91:72 hesabı ilə məğlub edərək qrupda qələbə sayını ikiyə çatdırıb.
Cerri Bleyks 29 dəqiqə ərzində 17 xal, 9 məhsuldar ötürmə və 4 ribaundla yadda qalıb. O, görüşü 28 effektivlik reytinqi ilə tamamlayıb.
Qeyd edək ki, daha öncə "Sabah" BK-nın digər oyunçusu Frenki Fidler FIBA tərəfindən azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən həftənin oyunçusu seçilmişdi.
