Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kikboksinq üzrə Avropa çempionatında 2 qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı master (veteran) kateqoriyasında "Layt kontakt" və "Kik layt" növlərində 1-ci yeri tutub.
O, "Layt kontakt" versiyasında italiyalı La Mantia Alessandro və portuqaliyalı Kortes Emanuelini məğlub edərək qızıl mükafata sahib çıxıb.
Eduard Məmmədov "Kik layt" versiyasında isə macar Has Marton və La Mantia Alessandroya qalib gələrək ümumilikdə 13-cü dəfə Avropa çempionu olub.
