"Təbii ki, uduzmaq istəməzdik. Amma nəzərə almaq lazımdır ki, komandamız çox gəncdir. Ortalama yaşımız 18-dir. Bu gün Angelina İsmayılova meydanda ən yaxşılardan idi".
Prosport.Az xəbər verir ki, bu sözləri qadın basketbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İoannis Diamantakos Avropa çempionatının seçmə mərhələsində Bakıda İsveçrəyə 33:84 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Yunanıstanlı mütəxəssis komandası ilə fəxr etdiyini bildirib: "Çünki komandamın gələcəyi də var. Amma üzərimizdə işləyəcəyik. Qarşıdakı oyunlardan da gözləntim odur ki, daha çox təcrübə qazanaq. Komandamın yaş ortalaması aşağıdır. Əsas hədəfimiz odur ki, bu matçlarda təcrübə qazanaq. Hər şeyə real yanaşmaq lazımdır".
