“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Vikinq”lə keçirəcəyi oyun üçün Norveçə yola düşüb.
Prosport.Az xəbər verir ki, Bakı klubu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Azərbaycan təmsilçisi indiyədək keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olub və 3 xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşıb.
