“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Prosport.Az xəbər verir ki, klub Tofiq Bəhramov adına Respublika Stadionunun qazonunda renovasiya işlərinin aparılacağını bildirib.
Ağdam təmsilçisinin rəsmi müraciətini, “Azersun Arena”nın Premyer Liqanın və Azərbaycan Kubokunun oyunlarını qəbul etməyə hazır olduğunu nəzərə alan PFL “Qarabağ”ın ölkə çempionatının XI turunun “Turan Tovuz”la matçından etibarən ev oyunlarını “Azərsun Arena"da keçirməsi ilə bağlı qərar qəbul edib.
