Premyer Liqasının X turunun “Sumqayıt” – “Şəfa” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Filipe Kandidu fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib.
– Heç-heçə ilə barışmalıyıq. Rəqibin bizə çətinlik yaradacağını bilirdik. Oyuna yaxşı başladıq, amma sonra konsentrasiyamızı itirdik, çoxlu top itkisinə yol verdik. “Şəfa” ilk hissəni öndə bitirməyə layiq idi. Fasilədən sonra müəyyən şeyləri dəyişməyə çalışdıq, bərabərlik qolunu vurduq. Bəzi məqamlarda bəxtimiz gətirmədi. Bu nəticəni istəmirdik. Ancaq oyunun gedişatına baxsaq, bu heç-heçə ilə barışmalıyıq.
