Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məşqçilərin çoxunun kateqoriyası yoxdur" - "Neftçi"dən çıxarılan şəxs danışdı
    31.10.2026 14:31:44

    Bakıda 15 yaşlı futbolçular arasında dünya çempionatı kimi mötəbər turnir keçirildiyi bir vaxtda "Neftçi"nin akademiyasında xoşagəlməz hadisə yaşanıb.

    Belə ki, cəmi 1 ay əvvəl “Neftçi”nin 14 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunan Araz Qulamov işdən çıxarılıb. Lakin Qulamova işdən çıxarılması ilə bağlı heç bir səbəb göstərilməyib. Üstəlik, A kateqoriyalı mütəxəssisə təzminat da ödənilməyib. Halbuki bir neçə gün əvvəl ona klubdan bildirilib ki, kompensasiya ödəniləcək. Fəqət bu vəd də yerinə yetirilməyib.

    Prosport.Az xəbər verir ki, pressing.az-a danışan Qulamov illərdir Azərbaycan futboluna xidmət etdiyini, lakin "Neftçi" rəhbərliyi tərəfindən ona qarşı böyük haqsızlıq olunduğunu deyib:

    "Mərhum atam Bəxtiyar Qulamov 10 il "Neftçi"nin şərəfini qoruyub, 100-dən çox oyun keçirib. Klub üçün unudulmaz adlardan biridir. Özüm Samir Əliyevin baş məşqçi olduğu dövrdə U-21 millimizdə çalışmışam. Mərhum Sadıq Sadıqovun dövründə Peterburq şəhərində Rusiyanın 100 illiyinə həsr olunmuş 16 MDB ölkəsi arasında keçirilən turnirdə "Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası ilə qızıl medal qazanmışam, çempionluq yaşamışam. Həmin dövrdə komandamız Rusiyaya "flaqman" kimi dəvət olunmuşdu. Həmin kubok indi də klubun muzeyindədir. Yaxşı, necə olur ki, indi "Neftçi"nin 14 yaşlıları ilə işləyə bilmirəm? O cümlədən U-17 və U-19 komandalarında da fəaliyyət göstərmişəm. Türkiyənin Konya şəhərində keçirilən İslam Oyunlarının bürünc medalçısıyam. Hansı ki həmin yarışda cənab Prezident İlham Əliyev də iştirak etmişdi. Milli komandaya neçə-neçə futbolçu vermişəm. Bu gün isə "Neftçi" məni heç bir əsas, tutarlı səbəb olmadan işdən çıxarır. Bu bir yana, təzminat da ödəmirlər. Bunlar heç düşünmür ki, bu məşqçi işsiz qaldı, bəs qarşıdakı aylarda nə ilə dolanacaq? Bu qədər də düşüncəsizlik olar?!".

    Qulamov bildirib ki, işdən çıxarılmasına səbəb fəaliyyətini düzgün yerinə yetirməsi, akademiyada ənənəvi metodikasını tətbiq etməsi olub: "Açıq danışacağam, akademiyaya elə uşaqlar gəlir ki, bəziləri rüşvət, tapşırıq əsasında hər oyunda meydana çıxırlar. Mən isə imkansız uşaqları da maksimum dərəcədə oynatmağa çalışırdım. Onlar da azərbaycanlı övladlarıdır. Aralarında böyük perspektiv, gələcək vəd edən uşaqlar var. Niyə onlar ehtiyat oyunçular skamyasında oturmalı, digərləri isə pul qarşılığında hər matçda meydanda olmalıdır? Bu mənim təfəkkürümə, yanaşmama ziddir. Hətta elə valideyn vardı ki, gəlib deyirdi "Mənim oğlum 6 ildir burdadır və bütün oyunlarda oynamalıdır". Bildirirdim ki, sənin oğlun "Neftçi" ilə ömürlük müqavilə bağlayıb ki, bütün matçlarda meydanda olsun? Əlqərəz, bütün bunların fonunda klubdan bilirsiniz mənə nə dedilər? Söylədilər ki, "Sizin metodika akademiyanın təsdiq olunmuş metodika və proqramına uyğun gəlmir". Mənim düzgünlüyüm, disiplin qurmağa çalışmağımmı akademiyanın metodikasına ziddir? Adam deməyə söz tapmır... Cenk Sümerin "Neftçi"yə gəlişindən sonra akademiyada xeyli türkiyəli məşqçilər peyda olub. Təsəvvür edin, çoxunun kateqoriyası yoxdur, amma mənim işdən çıxarılmağıma qol çəkməkdə çox "peşəkar"dırlar. Hələ orada bir türkiyəli məşqçi var, onu "bağban" adlandırırdım. Adamın futboldan az qala anlayışı yoxdur, amma o, akademiyada qalacaq, pul qazanacaq, illərini Azərbaycan futboluna verən Araz Qulamov isə yox. Əlbəttə, davam pul davası deyil, belə hörmətsizlik, haqsızlıq insana olduqca pis təsir edir".

    Həmsöhbətimiz bu məsələ barədə klubun futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizova da müraciət etdiyini, lakin müsbət cavab almadığını söyləyib: "Zaur Əzizovla da danışmışam. Lakin bu məsələyə başdansovdu yanaşıb. Bir sözlə, yaxasını kənara çəkib. Hələ ona bildirəndə ki, bu məsələ barədə şikayət edəcəm, cənab Prezidentə müraciət ünvanlayacağam, mənə bilirsiz nə dedi? – "Get hara istəyirsən şikayət elə".

    Mən də dövlətimizin başçısı, ölkədə idmanın inkişafı üçün hər zaman öz dəstəyini verən cənab Prezidentimizə müraciət edərək, bu məqamla bağlı mənə yardımçı olmağını xahiş edirəm. Azərbaycanda 15 yaşlılardan ibarət dünya çempionatının keçirildiyi ərəfədə ölkənin tarixi klubundan bir azərbaycanlı məşqçiyə qarşı bu cür davranış göstərilməsini şiddətlə qınayıram. Təkcə özüm yox, bu cür hallarla qarşılaşan digər mütəxəssislər üçün də cənab Prezidentə müraciət edirəm. Ümid edirəm ki, dövlət başçısı hər zaman olduğu kimi, idmançılarımızın yanında olacaq.

    Futbol

    Bu futbol millimiz də 0:4 darmadağın oldu

    14.11.2026 22:01:35
    Akademiya

    Futbol millimiz bu dəfə meydan sahiblərinə 4 cavabsız qolla uduzdu

    14.11.2026 21:40:25
    Futbol

    DÇ-2027: Özbəkistan Azərbaycandan nə öyrənir?

    12.11.2026 12:02:06
    Akademiya

    "Azərbaycan millisinə daha çox qol vura bilərdik" – Almaniyalı baş məşqçi

    12.11.2026 11:10:00
    Futbol

    U-19 yığmamız da 7 qolla uduzdu

    11.11.2026 16:21:07
    Futbol

    Millimiz seçmə mərhələyə biabırçı məğlubiyyətlə başladı

    11.11.2026 16:03:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"un futbolçusu oynadı, komandası uduzdu

    16.11.2026 22:50:37

    Emin Mahmudova vida matçından öncə simvolik hədiyyə verildi

    16.11.2026 22:13:07

    Naxçıvan təmsilçisindən səfərdə inamlı qələbə

    16.11.2026 21:44:26

    Andorra – Azərbaycan: HEYƏTLƏR

    16.11.2026 21:05:01

    "Ordu" Sumqayıtda darmadağın oldu

    16.11.2026 20:44:44

    Bu federasiyaya yeni baş katib təyin olundu

    16.11.2026 20:15:01

    Cüdo federasiyasının rəhbərliyi dünya çempionatına yollanacaq cüdoçularla görüşüb

    16.11.2026 19:39:09

    "Neftçi" veteran futbolçularını təbrik etdi

    16.11.2026 19:18:27

    II Liqa: Qonaqlar 3 xalı darmadağınla qazandı

    16.11.2026 18:49:38

    "Biz dibə düşmüşük, indi yuxarı qalxmalıyıq" - Cahangir Fərəcullayev

    16.11.2026 18:16:05

    "Yığmaya Kaşşuku da çağırmayaq, bəs kimi çağıraq?" - Baş məşqçi

    16.11.2026 17:41:17

    Bakı-Xankəndi yarışına hazırlıq məsələləri müzakirə edilib

    16.11.2026 17:12:10

    Baş katib ABŞ-yə niyə gedib? - FOTOLAR

    16.11.2026 16:47:23

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49

    Karateçilərimiz Tbilisidə 23 medal qazandılar

    16.11.2026 15:48:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved