Prezident İlham Əliyev Bakı Kristal Zalında FIFA U-15 dünya çempionatı və festivalının final matçını izləyib.
Prosport.Az xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi mundialın qalibi olub.
Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.
