Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Aramızda elə uşaqlar var ki, ölkədən kənara çıxmayıb" - Famil Xəlilov
    30.10.2026 13:13:55

    U-16 yığma komandamızın baş məşqçisi Famil Xəlilov FIFA U-15 dünya çempionatı və festivalındakı sonuncu oyundan sonra jurnalistlərə müsahibə verib.

    Prosport.Az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. 

    - Yığma komanda 83-cü yer uğrunda görüşdə Əfqanıstana penaltilər seriyasında uduzdu. Yəqin ki, daha yaxşı nəticəyə ümid edirdiniz?

    - Əlbəttə ki, yaxşı nəticəyə ümid edirdik. Sadəcə dünənki Vyetnama ağır məğlubiyyətdən sonra futbolçular psixoloji olaraq toparlana bilmədilər. Biz onları oyuna kökləməyə çalışdıq. Təəssüf ki, bəzi məqamlarda o boşluqlar hiss edildi.

    - Aşağı yerlər uğrunda oynamaq futbolçulara motivasiya sarıdan mane oldu?

    - Xeyr. Əgər biz həqiqətən bu gün final mərhələsində iştirak etmək istəyirdiksə, qrupda sonuncu yeri tutmaq belə, bizə bu şansı qazandırırdı. Biz düşündük ki, qrupda ən yaxşı nəticəni göstərək və daha yüksək səviyyəli komandalar oynayaq, uşaqlardakı əskikləri, boşluqları görə bilək. Əks halda, 4-ci və ya 5-ci yerlərdə bitirib, final mərhələsində divizionun çempionluğu uğrunda yarışa bilərdik. Bizə bu gün nə lazımdır? Onu fikirləşməliyik.

    - Bu gün həm də, uşaq futbolumuz Əfqanıstanın uşaq futboluna uduzdu. Bu gün futbolçularımız əfqan futbolçulardan hansı komponentlərdə geri qalırdı?

    - Onu deyə bilərəm ki, bu nəsilə, bu futbolçulara inanmaq lazımdır. Çox istedadlı oyunçularımız var. Bunu şanssızlıq, ya oyuna tam köklənməmək deyim...Ancaq futbolçularımızın keyfiyyəti ortadadır. Onların 14-15 yaşları var. Belə turnirdə ilk dəfədir ki, çıxış edirlər. Elə uşaqlar var ki, ölkədən kənara çıxmayıb, ilk beynəlxalq turniridir. Altı gün ərzində 10 oyuna çıxmaq onlar üçün ağır qrafikdir. 

    - Turnirdən əvvəl neçənci yer tutsaydınız, bu nəticə sizi qane edəcəkdi?

    - Qrup bəlli olduqdan sonra 1-ci yeri tutmaq idi ki, daha yaxşı komandalarla qarşılaşaq. Amma ümumilikdə komandamız Çili, Avstraliya, Haitiyə qarşı da çox yaxşı oyun göstərdi. Sadəcə müəyyən məqamlar var ki, futbolçular təcrübəsizlikdən boşluqlar verdi və rəqib də ondan istifadə etdi.

    - Deyirsiniz ki, uşaqlara inanmaq lazımdır. 30 ilə yaxındır ki, eyni şeyi eşidirik. İstedadlı futbolçularımız da var. 14-15 yaşlı futbolçu 17-18 yaşında daha da irəli getmir. İnkişafın dayanmasına nə mane olur?

    - 20 illik akademiya fəaliyyətim olub. Futbolçuların yetişməsi üçün çoxlu beynəlxaq turnirə ehtiyacımız var. Daha güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, bu cür hallarda futbolçular oyuna köklənə və daha yaxşı performans göstərsinlər. 

    - Bir sözlə, əsas işi klublar görməlidir...

    - Təbii ki. Uşaqlar üçün turnirlər təşkil etmək vacibdir.

    - Oyunları AFFA rəhbərliyi də izləyirdi. Əfqanıstanla oyundan sonra sizə sözləri nə oldu?

    - İlk turnirimiz idi. Onlar da bizim əlimizi sıxdılar. İşimiz qarşıdadır. Çox çalışmalıyıq. Artıq çatışmazlıqlarımızı bilirik. Bundan sonra vaxtımız çox olacaq ki, bu uşaqları U-17-nin Avropa çempionatının seçmə mərhələsinə hazırlayaq.

    - Deyirsiniz ki, uşaqları klublar yetişdirməlidir. Azərbaycan Premyer Liqasında limit ləğv edilib. Limit ləğv edilibsə, klublar nəyə görə futbolçu yetişdirsin?

    - Onunla bağlı fikir bildirmək istəmirəm. Bizim işimiz sadəcə əlimizdə olan futbolçuları yaxşı səviyyəyə çatdırmaqdır. Məni də bura onun üçün gətiriblər. Əlimdən gələni edəcəm ki, futbolçular o səviyyəyə çatsın.

    Akademiya

    U-20 yığmamız 2-ci oyunda İraqı üstələdi

    20.11.2026 18:02:08
    Akademiya

    Millimizin gücü Farer adalarına çatdı

    17.11.2026 21:47:10
    Futbol

    U-20 millimiz İraqın qapısına qol vura bilmədi

    17.11.2026 21:17:55
    Akademiya

    Azərbaycan - İraq: HEYƏTLƏR

    17.11.2026 18:13:52
    Akademiya

    Millimiz seçmə mərhələni 1 xalla başa vurdu

    17.11.2026 15:52:25
    Futbol

    Bu futbol millimiz də 0:4 darmadağın oldu

    14.11.2026 22:01:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved