Azərbaycan Basketbol Liqasının (ABL) dördüncü turunda bu gün “Neftçi” və “Gəncə” komandaları üz-üzə gələcəklər.
Prosport.Az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.
Günün digər oyununda “LANDAU Lions” və “Sumqayıt” komandaları görüşəcəklər. Bu matçın start fiti saat 18:00-da səslənəcək.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Naxçıvan” “Sabah”ı 88:83, “Ordu” isə NTD-ni 102:71 hesabı ilə məğlub edib.
Beləliklə, bu gün keçiriləcək iki görüşlə Azərbaycan Basketbol Liqasında dördüncü tura yekun vurulacaq.
