"Gənc komandaya qarşı mübarizə apardıq. Bəzən oyundan qopsaq da, bu matç bizim üçün bir növ hazırlıq məqsədi daşıyırdı".
Prosport.Az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Uğur Özdemir Azərbaycan Basketbol Liqasının I turunda NTD ilə matçdan sonra deyib.
Mütəxəssis 111:94 hesablı qələbə qazandıqları qarşılaşmanı şərh edib: "Gənc komandaya qarşı mübarizə apardıq. Hücumda yaxşı çıxış etsək də, müdafiədə müəyyən problemlər yaşadıq. Çalışmaq üçün hələ çox vaxtımız olacaq. Komandamız tam heyətlə cəmi 5 gündür ki, məşq edir. Bu, meydanda da hiss olundu. Məqsədimiz basketbolçularımızın fərdi yox, kollektiv oyununu inkişaf etdirməkdir. İstənilən halda, gözəl bir çıxışla yadda qaldığımızı düşünürəm".
Qeyd edək ki, NTD - "Sumqayıt" oyunu qonaqların qələbəsi ilə bitib.
