Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    Azərbaycan Basketbol Federasiyası hesabat verdi - FOTOLAR
    29.09.2026 22:42:02

    "Four Seasons" otelində Azərbaycan Basketbol Federasiyasının (ABF) 2026/27 mövsümünün başlanması və ötən mövsümün hesabatına həsr olunmuş tədbir baş tutub.

    Prosport.Az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, federasiyanın rəyasət heyətinin üzvləri, rəsmi tərəfdaşlar, federasiya əməkdaşları, klub rəhbərləri, məşqçilər, basketbolçular və media nümayəndələri iştirak ediblər.

    İlk olaraq federasiyanın mətbuat katibi Sənan Əliyev son mövsümün hesabatını təqdim edib. O, federasiyanın ötən mövsümdə həyata keçirdiyi layihələr, beynəlxalq turnirlərdə qazanılan uğurlar və yaxın gələcəkdə planlaşdırılan yeniliklər barədə ətraflı məlumat verib.

    Daha sonra isə açılış nitqi ilə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə basketbolun inkişaf istiqamətləri və bu sahədə atılan addımlardan bəhs edib. O, Azərbaycan basketbolunun milli və klub səviyyəsində beynəlxalq müstəvidə böyüyən uğurlarından da söz açıb.

    ABF prezidenti Emin Əmrullayev çıxışında federasiyanın fəaliyyət prinsiplərinə toxunub və yerli çempionatın daha da rəqabətli olmasından danışıb:
    “Basketbolun ölkəmizdə kütləviləşməsi və klubların dayanıqlı inkişafı bizim üçün əsas prioritetdir. Basketbol Federasiyası olaraq davamlı nəticə əldə etmək üçün ikirəqəmli müddət gərəkdir. Biz harada qısa müddətdə uğur qazanmaq imkanımızın olduğunu yaxşı anlayırıq. 3x3 qadın basketbolu buna əsas nümunədir. ABL-də iştirak edən 4 klubun Avrokuboklarda mübarizə aparmasını da nəzərə alsaq, 8 klublu bu çempionat ötən mövsümlərlə müqayisədə daha da rəqabətli olacaq.”

    Tədbirin sonunda federasiya prezidenti Emin Əmrullayev federasiyanın rəsmi tərəfdaşlarına və hakimlərə xüsusi hədiyyələr təqdim edib. Ardınca media nümayəndələri üçün brifinq təşkil olunub. Jurnalistlərin suallarını cavablandıran federasiya rəhbəri yeni mövsümün basketbol ictimaiyyəti üçün daha da maraqlı olacağına inandığını bildirib.

    Qeyd edək ki, ölkəmizdə yeni basketbol mövsümü 30 sentyabr tarixində start götürəcək.

    Basketbol

    "Neftçi"nin oyununun yeri dəyişdirildi

    12.10.2026 14:08:41
    Həndbol

    "Kür" APOEL-i ikinci oyunda da məğlub etdi

    11.10.2026 23:04:34
    Top oyunları

    "Gəncə"də yeni basketbolçu

    11.10.2026 19:07:33
    Həndbol

    "Kür" APOEL-lə cavab oyununa çıxacaq

    11.10.2026 13:34:26
    Top oyunları

    "2 oyunçu müəyyən problemlərə görə meydana çıxa bilmirdi" – "Neftçi"nin baş məşqçisi

    10.10.2026 22:15:47
    Basketbol

    ABL: "Neftçi" "Ordu"dan üstün oldu

    10.10.2026 20:28:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    II Liqa: 2 oyuna 6 qol vuruldu

    12.10.2026 23:48:28

    Güləşçilərimiz Rusiyada 2 qızıl medal qazandı

    12.10.2026 23:14:47

    "Bakıdan qələbə ilə qayıtmaq istəyirik" - Tomaş Vlçek

    12.10.2026 22:45:55

    Puxaç "Sabah"a necə transfer olundu? - Bir keçidin hekayəsi - VİDEO

    12.10.2026 22:15:21

    Bakıda Çempionlar Liqası oyununa görə dəyişiklik

    12.10.2026 21:41:20

    "Sabah”ı "Barselona" ilə müqayisə edərdim" – "Slaviya"nın baş məşqçisi

    12.10.2026 21:13:47

    Kayak və kanoeçilərimiz Gürcüstanda yarışda iştirak edəcəklər - Fotolar

    12.10.2026 20:42:29

    Məşhur güləşçilərimiz ortaq idman zalı açdılar - FOTOLAR

    12.10.2026 20:18:58

    Bu federasiyaya yeni prezident seçildi

    12.10.2026 19:40:01

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07

    "Bəlkə onlar üçün asan rəqib kimi görünürük, amma nəyə qadir olduğumuzu bilirik" - Valdas Dambrauskas

    12.10.2026 18:48:12

    "Yaxşı nəticə ilə xalqımızı sevindirməyə çalışacağıq" - Rəhman Daşdəmirov

    12.10.2026 18:33:12

    Azərbaycan komandası Belarusda 1-ci oldu

    12.10.2026 18:06:59

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31

    "Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var" - Riçard Trautman

    12.10.2026 17:36:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved