“Sumqayıt” Basketbol Klubu heyətini komplektləşdirməyə davam edir.
Prosport.Az xəbər verir ki, komanda 27 yaşlı amerikalı basketbolçu Teyvion Kirklə anlaşma əldə edib.
1.93 m boya malik olan oyun qurucusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Kirk 2023/24 mövsümdə hazırda “LANDAU Layns” adı ilə ABL-də mübarizə aparan “Xırdalan” komandasında çıxış edib. O, həmin mövsüm 23,9 xal, 7,4 ribaund və 5,4 məhsuldar ötürmə ilə yadda qalıb.
