Azərbaycanın U-20 millisi Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
Prosport.Az xəbər verir ki, Ruy Jorjun baş məşqçisi olduğu komanda "Qəbələ"nin U-19 yığması ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, U-20 Qəbələdəki hazırlıq çərçivəsində oktyabrın 3-də Moldova, 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qüvvəsini sınayacaq.
