Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək
    21.09.2026 10:23:14

    NTD basketbol klubu yeni mövsüm ərəfəsində strategiyasını dəyişərək əsas diqqəti gənc azərbaycanlı oyunçuların inkişafına yönəldir.

    Prosport.Az xəbər verir ki, komandanın heyətinin əsasını Azərbaycanın U-20 millisinin basketbolçuları təşkil edəcək. Yeni strategiyanın əsas məqsədi gənc oyunçulara böyüklər arasında daha çox oyun təcrübəsi qazandırmaq və onların peşəkar inkişafı üçün şərait yaratmaqdır.

    Gənc basketbolçularla yanaşı, NTD-nin heyətində bir neçə legioner də çıxış edəcək. Məşqçilər korpusunda da təyinat olub, Anar Sarıyev komandaya qoşulub.

    NTD-nin baş məşqçisi Tahir Baxşıyev yeni strategiyanın səbəblərindən danışıb: "Bu mövsüm strategiyamızı dəyişmək və komandanın əsasını Azərbaycanın U-20 millisinin üzvlərindən formalaşdırmaq qərarına gəldik. U-20 millimiz son Avropa çempionatının B Divizionunda uğurlu çıxış edərək 11-ci yeri tutdu. Bu basketbolçuların böyük potensiala malik olduğunu düşünürük və inanırıq ki, gələn il milli daha yaxşı nəticə göstərə bilər. Bunun üçün isə gənc oyunçuların daha çox meydancaya çıxması və davamlı oyun təcrübəsi qazanması vacibdir. Məhz buna görə federasiya ilə məsləhətləşdikdən sonra U-20 millisinin basketbolçularına klub səviyyəsində müntəzəm oynamaq imkanı yaratmaq qərarına gəldik. Onlarla yanaşı, heyətdə bir neçə legioner də çıxış edəcək".

    Baxşıyev qarşıdakı mövsümün onlar üçün asan olmayacağını söyləyib: "Amma bu, gənc basketbolçular üçün çox vacib təcrübə olacaq. Onlar mövsüm ərzində oyunlarını müxtəlif komponentlərdə inkişaf etdirə və daha da artıra bilərlər. Düşünürəm ki, bu mövsüm onların gələcək peşəkar karyerasında mühüm rol oynayacaq. Məşqçilər korpusumuzu da gücləndirmişik. Anar Sarıyev komandamıza qoşulub".

    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Top oyunları

    Seçmə mərhələ: Millimiz yenə uduzdu

    20.11.2026 23:59:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39

    "Araz-Naxçıvan" – "Neftçi": HEYƏTLƏR

    22.11.2026 13:29:26

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30

    Millimizə gəlməkdən imtina edən futbolçu İtaliyada qol vurdu

    22.11.2026 12:12:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved