Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Sabah” və “Ordu” komandaları yoxlama oyununda qarşılaşıblar.
Prosport.Az xəbər verir ki, görüşdə son ölkə çempionu “Sabah” qalib gəlib. Bakı təmsilçisi rəqibini 96:79 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının yeni mövsümündə ilk oyununu “LANDAU Lions”a qarşı keçirəcək “Sabah” sentyabrın 30-da saat 19:30-da Bakı İdman Sarayında meydana çıxacaq.
