Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycan millisi güclü rəqibdir" - İqor Angelovski
    18.09.2026 11:49:54

    Tacikistan milli komandasının baş məşqçisi İqor Angelovski qarşıdakı yoldaşlıq görüşləri, o cümlədən Azərbaycan yığması ilə Bakıda keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, Tacikistan sentyabrın 23-də Bakıda Azərbaycan, sentyabrın 28-də Çinin Çuntsin şəhərində Fələstin, oktyabrın 6-da isə eyni şəhərdə Çin millisi ilə qarşılaşacaq.

    Angelovski qarşıdakı 3 oyunu komanda üçün vacib mərhələ hesab edir: “Bizi son dərəcə vacib dövr gözləyir. Azərbaycan, Fələstin və Çin kimi güclü rəqiblərlə üç yoldaşlıq oyunu keçirəcəyik”.

    Baş məşqçi iyunda Hindistanla oyunlar üçün dəvət alan, lakin budəfəki heyətə düşməyən futbolçuların da diqqətdən kənarda qalmadığını vurğulayıb. Onun sözlərinə görə, milli komandaya seçim prosesi açıq olaraq qalır və məşqçilər korpusu bu mərhələdə yeni taktiki variantları sınamaqla yanaşı, komanda daxilində rəqabəti artırmağa çalışır.

    Angelovski qarşıdakı toplanışda U-20 millisindən bir neçə futbolçunun da əsas komandaya cəlb edildiyini açıqlayıb. O, gənclər yığmasını Asiya Kuboku-2027-nin final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

    Baş məşqçi hesab edir ki, Azərbaycan, Fələstin və Çinlə oyunlar gənc futbolçular üçün də böyüklər futbolunun tempini və təzyiqini hiss etmək baxımından əhəmiyyətli olacaq: “3 qarşılaşma onlar üçün yaxşı imkan olacaq ki, böyüklər futbolunun təzyiqini və sürətini hiss etsinlər. Bu mərhələdə əsas məqsədimiz Asiya Kuboku-2027 ərəfəsində taktiki uyğunlaşmanı və komandanın ruhunu gücləndirməkdir”.

    Tacikistan millisinin hər üç oyunu səfərdə keçirəcəyi də baş məşqçinin diqqətindən yayınmayıb. Angelovski bunun komandanın daha mürəkkəb şəraitə uyğunlaşması, uzun uçuş və səfərlərin öhdəsindən gəlməsi baxımından ciddi sınaq olacağını bildirib. O, futbolçulardan tam hazırlıq, intizam və yüksək konsentrasiya tələb etdiyini söyləyib.

    Angelovski, həmçinin “İstiqlol”un yarımmüdafiəçisi Ehsani Pəncşanbenin durumuna toxunub. Zədə səbəbindən bərpa prosesi keçən futbolçunun qarşıdakı oyunlarda iştirakı tibbi heyətin icazəsindən asılı olacaq.

    Qeyd edək ki, Azərbaycan – Tacikistan oyunu sentyabrın 23-də Bakıda keçiriləcək. “Palms Sports Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

    Futbol

    Samir Şərifov, Canni İnfantino və Rövşən Nəcəf Hövsanda - FOTOLAR

    24.10.2026 12:50:43
    Futbol

    Coy-Lens Mikels Bundesliqa klubuna keçə bilər

    24.10.2026 12:16:42
    Futbol

    Azərbaycan Premyer Liqasında daha 2 oyun

    24.10.2026 10:23:12
    Futbol

    Bakıda dünya çempionatı başlayır

    24.10.2026 10:00:52
    Futbol

    Azərbaycan çempionatlarında 15000-ci qol - VİDEO

    23.10.2026 23:17:50
    Futbol

    "Fasilədə özümə söz verdim ki, sakit olacağam" – Rəşad Sadıqov

    23.10.2026 21:58:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bakıda növbəti "Böyük Dəbilqə" turnirinin vaxtı bilindi

    24.10.2026 13:12:20

    Samir Şərifov, Canni İnfantino və Rövşən Nəcəf Hövsanda - FOTOLAR

    24.10.2026 12:50:43

    Coy-Lens Mikels Bundesliqa klubuna keçə bilər

    24.10.2026 12:16:42

    Avropa Kuboku: Mingəçevir təmsilçisi cavab oyununa çıxır

    24.10.2026 11:40:10

    "Rəqəmlərlə bağlı xüsusi hədəfim yoxdur, amma 1-cilik yaxşı olardı" - Fərhad Rəcəbli

    24.10.2026 11:15:05

    Veteran cüdoçularımız Portuqaliyada daha 2 medal qazandılar - FOTOLAR

    24.10.2026 10:48:26

    Azərbaycan Premyer Liqasında daha 2 oyun

    24.10.2026 10:23:12

    Bakıda dünya çempionatı başlayır

    24.10.2026 10:00:52

    Azərbaycanın 4 güləşçisi dünya çempionatında mübarizəyə start verir

    24.10.2026 09:00:06

    Şəhriyar Məmmədyarovun komandası Avropa Kubokunun qalibi oldu

    23.10.2026 23:43:05

    Azərbaycan çempionatlarında 15000-ci qol - VİDEO

    23.10.2026 23:17:50

    "Bizim tərəfimizdən zəif oyun və yanlış yanaşma oldu" - "Sabah"ın baş məşqçisi

    23.10.2026 22:40:21

    "Sabah" Naxçıvan təmsilçisinə uduzdu

    23.10.2026 22:02:40

    "Fasilədə özümə söz verdim ki, sakit olacağam" – Rəşad Sadıqov

    23.10.2026 21:58:39

    "0:2-dən sonra komandanın xarakterini bəyəndim" – Filipe Kandidu

    23.10.2026 21:31:00
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved