Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027 mövsümünün açılış oyununun tarixi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, yeni mövsümün ilk qarşılaşmasında son Azərbaycan çempionu "Sabah" ötən mövsümün gümüş mükafatçısı "LANDAU Layns"la üz-üzə gələcək.
Görüş sentyabrın 30-da, saat 19:30-da Bakı İdman Sarayında keçiriləcək.
