Ukrayna millisinin baş məşqçisi Andrea Maldera Millətlər Liqasının qarşıdakı oyunları üçün 30 futbolçudan ibarət əsas heyəti açıqlayıb.
Prosport.Az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Aleksey Kaşşukun milliyə dəvət alacağı gözlənilsə də, baş məşqçi onu yığmaya çağırmayıb.
Ukrayna yığması sentyabrın 25-dən oktyabrın 5-dək Millətlər Liqasında 4 qarşılaşma keçirəcək.
