Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    UGİM direktoru: "O, 7 yaşlı uşağa məşq keçməklə qanunsuzluğa YOL VERİB"
    2.05.2023 16:12:02

    Aprelin 29-da Sumqayıtda Uşaq Şəhər xəstəxanasında 7 yaşlı Fərid Bakarovun ölüm xəbəri ölkədə əks-səda verdi. Hadisənin baş verdiyi yer Sumqayıt Şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə (İOEUGİŞM) tabedir.

    Prosport.Az həmin İOEUGİŞM-in direktoru, 2004-cü il Yay Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı olan Fuad Aslanovdan bu məsələ ilə bağlı müsahibə götürüb.

    – 7 yaşlı Fərid Bakarovun ölümündə günahkar bilinən Mehman Xəlilov sizin məktəbin məşqçisi sayılır. O təxminən neçə vaxtdır ki, sizdə məşqçi işləyir?
    – 1 ildir. Bu tədris ilindən bizdə işləyir.

    – Ancaq o sizdə sambodan məşq keçir, ya cüdo və ciu-citsu idman növlərindən də?
    – Yalnız sambodan.

    – Bizdə olan məlumata görə, həmin idmançı sizin məktəbin tələbəsi deyilmiş...
    – Elədir, o bizim jurnalın uşağı deyil. Götürüb öz qohumunu bura gətizdirib. Bizdə 7 yaşlı uşağın məşqinə icazə yoxdur. Bizdə məşqlər 10 yaşından etibarən başlayır.

    – Siz bu hadisə olanadək onu bilməmisiniz?
    – Yox. Biz baxış keçirəndə o uşaq orda olmayıb.

    – Bu baxış hər gün keçirilir?
    – Yox. İl ərzində 2-3 dəfə, hətta 4 dəfə baxış keçirilir. Uşaq məktəbə götürüləndə ondan imtahan götürülür. Oktyabr-noyabr və fevral aylarında həmin uşağın orda olmasının müəyyənləşdirilməsi üçün təlimatçılarımız tərəfindən baxış keçirilir. Bir də tədris ilinin sonunda ondan buraxılış imtahanı götürülür. Baxış zamanı bu uşaq orda olmayıb. Bu adam jurnaldan kənar uşağa məşq keçməklə qanunsuzluğa yol verib.

    – Hadisədən yayılan görüntü sizin İdman Məktəbində baş verib?
    – Xeyr. O hadisə "Nasosnı"dakı (indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsi) 19 saylı orta məktəbin idman zalında baş verib. Sadəcə olaraq, UGİM-də zallar olmadığı üçün biz Təhsil Nazirliyinin məktubu əsasında dərslərdən sonra həmin məktəbin zalından istifadə edirik. Həmin məktəbdə 3 müəllimiz var. Mehman Xəlilov da onlardan biri idi.

    – Bu gün Elm və Təhsil Nazirliyində bununla bağlı iclas olmalıydı. Siz ora çağırılmamışdınız?
    – İclas haqqında xəbərim yoxdur. Yəqin daha yüksək rəhbər şəxslər iclasa çağırılıb.

    – Ölüm hadisəsində Mehman Xəlilovun günahı sübuta yetirilməsə, onun məktəbdə məşqçi kimi işləməsi mümkündür?
    – Xeyr, olmaz! O belə adam olmayıb, normal insan idi. Bizim "Təhsil"in ("Təhsil" Respublika İdman Mərkəzi) idmançısıdır. Dəfələrlə sambodan Avropa çempionatı və Dünya Kubokunda medallar qazanıb, Avropa Oyunlarının bürünc mükafatçısıdır. Bu yaxınlarda İsraildə Avropa 3-cüsü olmuşdu. Normal insan idi, onu utancaq, namaz qılan insan kimi tanımışam. Belə adam olduğunu bilsəm, işə götürmərəm. Görüntüdə vəhşidir. O videonu görəndən sonra gecə saat 3-dək gözümə yuxu getməyib.

    Səbuhi Musa

    Döyüş növləri

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08
    Boks

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının yarımfinalında

    8.10.2026 11:40:05
    Döyüş növləri

    Olimpiya mükafatçımız Parisə reytinq turnirinə yollandı

    8.10.2026 11:07:32
    Döyüş növləri

    Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala adladı

    7.10.2026 13:12:41
    Döyüş növləri

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35
    Döyüş növləri

    İdmançılarımız Latviya və Rusiyadan 3 medalla qayıdır

    5.10.2026 15:12:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved