"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib.
Prosport.Az xəbər verir ki, azərbaycanlı oyunçu ilə 1 illik sözləşmə imzalanıb. 1,82 m boya malik 22 yaşlı basketbolçunun son klubu "Ordu" olub.
Səid İsmayılov həmçinin Azərbaycan millisinin geniş heyətində də yer alıb.
