Azərbaycanın "LANDAU Layns" basketbol komandası avrokuboklarda mübarizəyə start verib.
Prosport.Az xəbər verir ki, komanda FIBA Çempionlar Liqasının II təsnifat mərhələsində Latviyanın "VEF Riqa" kollektivi ilə üz-üzə gəlib
Bolqarıstanın Samokov şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 105-88.
Çempionlar Liqası ilə vidalaşan "LANDAU Layns" yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.
Xatırladaq ki, Azərbaycanın digər təmsilçisi "Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.
10:49
Azərbaycanın "LANDAU Layns" basketbol komandası avrokuboklarda bu gün mübarizəyə start verəcək.
Prosport.Az xəbər verir ki, komanda FIBA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu Latviyanın "VEF Riqa" kollektivinə qarşı keçirəcək.
Bolqarıstanın Samokov şəhərində təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 15:15-də start veriləcək.
Cütün qalibi növbəti raundda "Opava" (Çexiya) - "Dziki" (Polşa) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Məğlub olan tərəf isə yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.
Xatırladaq ki, Azərbaycanın digər təmsilçisi "Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.
