Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Sabah"ın sabiq baş məşqçisi istefaya səbəb oldu
    12.09.2026 23:47:10

    Litva Basketbol Federasiyasının prezidenti Mindauqas Balçiunas vəzifəsindən istefa verib.

    Prosport.Az delfi.lv saytına istinadən xəbər verir ki, Balçiunas ölkə basketbolunda son vaxtlar yaranan qalmaqallar və artan ictimai təzyiq fonunda belə qərar qəbul edib.

    Litva milli komandasının baş məşqçisi, daha əvvəl “Sabah”a rəhbərlik etmiş Rimas Kurtinaytislə bağlı narazılıqlar da federasiyada yaranmış gərginliyin əsas mövzularından birinə çevrilib. Bir sıra aparıcı basketbolçunun Kurtinaytisin rəhbərliyindən narazı olduğu bildirilir. Bu səbəbdən, milli komanda son dünya çempionatı seçmə oyunlarına əsas heyətindən məhrum vəziyyətdə çıxıb.

    Litva basketbolunda digər ciddi qalmaqal isə qadınlardan ibarət milli komandanın sabiq baş məşqçisi Rimantas Qriqasla bağlıdır. O, cinsi təqib ittihamları səbəbindən FIBA tərəfindən basketbolla bağlı fəaliyyətdən 5 il müddətinə uzaqlaşdırılıb. Xanım basketbolçularla aparılmış anonim sorğuda Qriqasın həddindən artıq nəvazişli rəftarı və buna uyğun sözlərdən istifadə etməsi üzə çıxıb.

    Yaranmış vəziyyət fonunda Balçiunas ictimai təzyiqin artıq dözülməz həddə çatdığını açıqlayıb: “İctimai aqressiyanın elə həddə çatdığını etiraf etməliyəm ki, bunun nəticələrini proqnozlaşdırmaq getdikcə çətinləşir. Buna görə də ictimai gərginliyi azaltmaq üçün addım atmalı olduğumu düşünürəm. Bazar ertəsi fəaliyyətimi dayandıracaq və federasiya prezidentinin səlahiyyətlərini qurumun nizamnaməsinə uyğun olaraq böyük vitse-prezidentə təhvil verəcəyəm”.

    O, qərarının ictimaiyyətin emosiyalarını sakitləşdirməyə və yaranmış problemlərin sülh yolu ilə həllinə imkan verəcəyinə ümid etdiyini deyib.

    Qeyd edək ki, Mindauqas Balçiunas 2024-cü ildən Litva Basketbol Federasiyasına rəhbərlik edirdi.

    Top oyunları

    Azərbaycan klubunda braziliyalı hücumçu

    15.10.2026 13:10:33
    Top oyunları

    "Neftçi" ilə oyunun ilk hissəsində zəif təsir bağışladıq" - Latviya klubunun baş məşqçisi

    14.10.2026 23:48:34
    Top oyunları

    "Sanki rəqibə həddindən artıq hörmətlə yanaşdıq" - "Sabah"ın baş məşqçisi

    14.10.2026 23:17:03
    Top oyunları

    "Sabah" səfərdə "Trabzonspor"la bacarmadı

    14.10.2026 22:44:55
    Basketbol

    "Ötürmələrdə və atışlarda bəsit səhvlərə yol verdik" "Neftçi"nin baş məşqçisi

    14.10.2026 22:13:42
    Top oyunları

    Azərbaycan voleybolunun ən böyük uğurundan 15 il ötür

    14.10.2026 21:23:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanda bu beynəlxalq yarış ilk dəfə keçiriləcək

    15.10.2026 18:26:04

    "Səbail" və "Xankəndi"dən qələbə, "Mingəçevir" uduzdu

    15.10.2026 17:39:34

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36

    Komandamız Avropa çempionatının finalında

    15.10.2026 14:40:59

    Azərbaycanı Avropa Kubokunda bu komandalar təmsil edəcək

    15.10.2026 14:18:51

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32

    Azərbaycan klubunda braziliyalı hücumçu

    15.10.2026 13:10:33

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42

    "Mahir hər keçən oyunda sanki sönür" - Polşa mətbuatı

    15.10.2026 12:22:49

    Yığmamız Gürcüstanda 4 medal qazandı

    15.10.2026 11:43:32

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved