Qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb.
Prosport.Az xəbər verir ki, Belçikanın Antverpen şəhərində keçirilən turnirdə millimiz ilk qrup oyununda Niderlanda 12:21 hesabı ilə məğlub olub.
Yığmamız 2-ci görüşündə isə Ukrayna seçməsi ilə qarşılaşıb. Millimiz rəqibini 20:7 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra komandamızın 1/4 finala yüksəlib.
Qrupdakı yekun mövqeyimiz saat 22:45-də keçiriləcək Niderland – Ukrayna qarşılaşmasından sonra məlum olacaq.
