Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Sambo Federasiyasının prezidenti: "Mehman Xəlilov BAĞIŞLANA BİLMƏZ"
    2.05.2023 13:36:15

    "Mehman Xəlilovun azyaşlı tələbəsi ilə görüntülərinə baxanda həqiqətən çox pis oldum. İnsanla belə rəftar etmək olmaz. Özü də bildiyimə görə, qohum olublar".

    Bunu Prosport.Az saytına açıqlamasında Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov bildirib.

    O, qeyd edib ki, Mehman Xəlilovun bu görüntüləri onları təəccübləndirib: "Mehman Xəlilov üçqat Avropa mükafatçısı, II Avropa Oyunlarının bürünc medalçısıdır. Hər zaman komandanın lideri kimi öz ədəb-əxlaqı ilə seçilib. Həmişə məşqçi heyətinə qarşı sayğılı olub. Heç zaman ondan belə hərəkət gözləməzdim. Videonu görəndən sonra onun bu cür insanlığa sığmayan hərəkət etməsinə inana bilmədim".

    C.Məmmədovun sözlərinə görə, bu məsələdə Azərbaycan Sambo Federasiyasının adının hallanması yanlışdır: "Hadisə milli komandanın məşqi zamanı baş verməyib. Biz idmançılarımızın hərəkətlərinə onlar milli komandada olarkən cavabdehlik daşıyırıq. İndiki halda isə bu məsələ bizə aid deyil. Onun məşqçilik etməsinə gəlincə, biz ona heç bir məşqçilik lisenziyası verməmişik. O, Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur, müəllimliyi bitirib".

    Federasiya prezidenti onu da bildirib ki, bu hadisədən sonra onun milli komandada çıxış etməsi mümkün deyil: "Əvvəla, onun bu məsələdən sonra azadlıqda olması sual altındadır. İkincisi, artıq onun azyaşlıya dair görüntüsü var. Belə zorakı hərəkətdən sonra Mehman Xəlilov adlı idmançının milli komandada yer alması mümkün deyil. Heç bir halda onun bağışlanmasından söhbət gedə bilməz".

    Ceyhun Məmmədov bu gün gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə bu məsələni müzakirə etdiyini də sözlərinə əlavə edib. 

    Səbuhi Musa

    Döyüş növləri

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08
    Boks

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının yarımfinalında

    8.10.2026 11:40:05
    Döyüş növləri

    Olimpiya mükafatçımız Parisə reytinq turnirinə yollandı

    8.10.2026 11:07:32
    Döyüş növləri

    Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala adladı

    7.10.2026 13:12:41
    Döyüş növləri

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35
    Döyüş növləri

    İdmançılarımız Latviya və Rusiyadan 3 medalla qayıdır

    5.10.2026 15:12:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved