"Sabahın ulduzları" Bakı Kubokunun U-15 yaş qrupu üzrə yarışında IX tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, turun oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Qəbələ” – “Marafon” – 3:1
“Zəngəzur” – “Neftçi” – 1:11
“Ulduz” – “Sumqayıt” – 3:0
9 turdan sonra turnir cədvəlinə 25 xalla “Neftçi” başçılıq edir. “Qarabağ” 22 xalla ikinci, “Ulduz” isə 21 xalla üçüncü pillədə qərarlaşıb.
Növbəti pillələrdə “Zirə” (17 xal), EFA (16), “Sabah” (15), “Qəbələ” (15), “Sumqayıt” (6), “Rekord” (5), “Dinamo” (3), “Zəngəzur” (2) və “Marafon” (1) komandaları yer alıblar.
Qeyd edək ki, sentyabrın 8-də U-14 yaş qrupunda 10-cu turun oyunları keçiriləcək. Həmin gün “Ulduz” – “Sabah”, “Qəbələ” – “Dostluq” və “Qarabağ” – “Vətən” qarşılaşmaları baş tutacaq.
