Azərbaycan millisinin sabiq üzvü Anar Hacıyev “LANDAU Lions” klubunda fəaliyyətini davam etdirəcək.
Prosport.Az xəbər verir ki, 38 yaşlı mütəxəssislə müqavilənin müddəti daha bir il uzadılıb.
Ötən mövsüm gümüş medal qazanan komandanın məşqçilər korpusunda yer alan Hacıyev yeni mövsümdə də “LANDAU Lions”un məşqçilər heyətində çalışacaq.
Qeyd edək ki, klub daha əvvəl baş məşqçi Erhan Tokerlə də müqaviləni bir il müddətinə uzadıb.
