Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Azərbaycanın 6 güləşçisi Dünya Seriyasının yarımfinalında
    29.08.2026 09:00:31

    Bakıda çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsinə start verilib.

    Prosport.Az xəbər verir ki, ilk dəfə ölkəmizdə keçirilən yarışın startında təsnifat görüşləri keçirilib. Daha sonra qrup mərhələsinin görüşlərinə və dairəvi sistem üzrə qarşılaşmalara keçid edilib.

    Axşam seansında isə turnirin açılış mərasimi baş tutub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, Dünya Güləş Birliyinin Büro üzvü Pedro Silva çıxış edib. Onlar çıxışlarında çimərlik güləşinin baxımlılığı və dinamikasıyla son illər sürətlə populyarlaşdığını və ildən-ilə bu sahədə kütləviliyin artdığını bildirib və “Sea Breeze” istirahət mərkəzində keçirilən bu yarışın yüksək səviyyədə təşkil olunduğunu dilə gətiriblər.

    Açılış mərasimindən sonra qrup mərhələsində 2-3-cü turların görüşləri baş tutub.

    Kişilərin yarışında 6 təmsilçimiz yarımfinala vəsiqə qazanıb. Sabah 80 kq-da milli üzvləri finala çıxmaq uğrunda bir-biriylə mübarizə aparacaq. Dünya çempionu Vüsal Əliyev debütant Cavid Niftəlizadəni sınağa çəkəcək. Bu çəkidəki digər təmsilçimiz Sahib Dadaşov isə gürcüstanlı Dieqo Maxaradzeni məğlub etməyə çalışacaq. 90 kq-da 2 güləşçimiz adını yarımfinala yazdırıb. Müəyyən fasilədən sonra çimərlik güləşinə qayıdan Ramiz Həsənov finalın bir addımlığında gürcüstanlı Evsem Şvelidzeylə, Əşrəf Aşırov isə Gürcüstanın digər idmançısı İuza Tsertsvadzeylə üz-üzə gələcək. Daha bir debütant Cavid Feyziyev (+90 kq) də qonşu ölkənin idmançısıyla münasibətləri aydınlaşdıracaq. Ağır çəkili güləşçimiz finala yüksəlmək üçün Tedore Ebanoidzeni üstələməlidir. Qadınların mübarizəsində isə Nərgiz Səmədova (60 kq) dairəvi sistem üzrə son görüşünü Noqona Bakayokoya (Kot-d’İvuar) qarşı keçirəcək.

    Qeyd edək ki, sabah yarış 16:00-da başlayacaq.

    Güləş

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47
    Güləş

    “Növbəti hədəfim dünya çempionu olmaqdır” - Camal Feyziyev

    2.09.2026 18:51:59
    Güləş

    Azərbaycan idmançılarının reytinqi: Lider dəyişmədi

    1.09.2026 17:13:31
    Güləş

    Millimizin məşqçisi ürəktutmasından vəfat etdi

    1.09.2026 14:14:15
    Güləş

    "İkiqat dünya çepionu olmaq istəyirəm" – Vüsal Əliyev

    31.08.2026 19:28:46
    Güləş

    Dünya Seriyasının Bakı mərhələsində 7 medal - NƏTİCƏLƏR

    29.08.2026 21:58:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Koxalskinin gedişindən hələ mənim xəbərim yoxdur" - Qurban Qurbanov

    6.09.2026 23:10:53

    Türkiyə millisi ikinci dəfə Avropa çempionu oldu

    6.09.2026 23:05:53

    “Qarabağ”a qarşı belə mübarizə aparmaq olar" - Zaur İsmayılov

    6.09.2026 22:53:44

    Premyer Liqa: "Qarabağ"dan ardıcıl 3-cü qələbə - VİDEO

    6.09.2026 22:08:54

    "Mançester Yunayted" "Sabah"la oyundan əvvəl xal itirdi

    6.09.2026 22:08:23

    "Nəticə oyuna görə olmadı" – Filipe Kandidu

    6.09.2026 20:44:53

    "Mən bu işlərə qarışmamağa çalışıram" – Qurban Berdiyev

    6.09.2026 20:41:35

    Taekvandoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34

    “ALUFAR IRONMAN" yarışı başa çatdı – FOTOLAR

    6.09.2026 20:11:13

    "Turan Tovuz"dan autsayder üzərində çətin qələbə - VİDEO

    6.09.2026 20:05:59

    "Qarabağ" – "Araz-Naxçıvan": HEYƏTLƏR

    6.09.2026 19:14:00

    FIFA təsdiqlədi, o da namizəddir

    6.09.2026 18:57:04

    Təmsilçilərimiz Yaponiyada keçirilən yarışda 6-cı oldu – FOTOLAR

    6.09.2026 17:53:55

    "Turan Tovuz" – "Sumqayıt": HEYƏTLƏR

    6.09.2026 16:57:46

    Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

    6.09.2026 16:26:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved