Bakıda keçirilən U-17 çimərlik güləşi üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri 8 medal qazanıb.
Prosport.Az xəbər verir ki, millinin üzvləri yarışda 2 qızıl, 3 gümüş və 3 bürünc mükafata sahib olub.
Oğlanların mübarizəsində Elcan Həsənov (60 kq) və Nihat Süleymanlı (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əlirza Heybətli (60 kq) və Elgün Kərimli (90 kq) gümüş, Tunar Quliyev (70 kq) və Ruslan Vəliyev (80 kq) isə bürünc medala yiyələnib.
Qızların yarışında Rəna Nuriyeva (65 kq) gümüş, Simurə Abdullayeva (75 kq) bürünc mükafat qazanıb.
Yekun nəticələrə əsasən, qadınların komanda hesabında Azərbaycan 54 xalla 1-ci, ABŞ 53 xalla 2-ci, Yaponiya 52 xalla 3-cü olub. Bu, qadın millimizin ilk belə uğurudur. Kişilərin mübarizəsində isə İran 85 xalla (əlavə göstəricilərə görə) 1-ci, Azərbaycan 85 xalla 2-ci, Seneqal 32 xalla 3-cü yeri tutub.
