"LANDAU Layns" Azərbaycanın U-18 basketbol millisinin üzvü Tamerlan Novruzlu ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, 16 yaşlı oyunçu daha 1 mövsüm bu komandanın formasını geyinəcək.
Hücumçu mövqeyində çıxış edən Novruzlu ötən mövsüm "LANDAU Layns"ın (ötən il "Abşeron Layns" - red.) heyətində gümüş medal qazanıb.
