Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçında Belçika Rumıniyanı məğlub edib.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma 3:0 (25:21, 25:20, 25:17) hesabı ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 8-ə çatdıran belçikalılar ilk pilləyə yüksəliblər.
Saat 18:30-da isə Niderland yığması İspaniyanı sınağa çəkəcək.
Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq.
