“LANDAU Layns” daha bir gənc basketbolçusu ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, 192 sm boya malik Rəsul Məmmədzadə növbəti mövsümdə də “Şirlər”in heyətində çıxış edəcək.
2 nömrə mövqeyində (shooting guard) oynayan basketbolçu son olaraq Azərbaycan U-20 millisinin heyətində Avropa çempionatının B divizionunda iştirak edib.
Qeyd edək ki, ötən mövsümün 2-cisi olan "LANDAU Layns" Azərbaycanı avrokuboklarda təmsil edəcək.
