Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Bakıdakı dünya çempionatına 24 ölkədən 200-ə yaxın idmançı qatılacaq
    20.08.2026 15:43:05

    "Bu yarışın Bakıda təşkil edilməsi ölkə idmanının inkişafı üçün önəmlidir".

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov Bakıda keçiriləcək qazax güləşi üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında deyib.

    O, turnirdə 24 ölkənin iştirak edəcəyini bildirib: "Əlimizdən gələni edib, dünya çempionatını yaxşı səviyyədə təşkil etmək istəyirik. Qazax güləşi bu turnirdə ölkələr arasında dostluq əlaqələrini də genişləndirəcək".

    Qurumun vitse-prezidenti Samir Abdullayev də turnirin Bakıda təşkilinin sevindirici məqam olduğunu qeyd edib: "Ümid edirəm ki, hər kəs dünya çempionatından həzz alacaq. Turniri yaxşı səviyyədə təşkil etmək istəyirik".

    Baş katib Seymur Qurbanov daha əvvəl də Bakıda qazax güləşi üzrə turnirin baş tutduğunu xatırladıb: "Həmin vaxt 20-yə yaxın ölkə iştirak etmişdi. Artıq dünya çempionatının maskotu da bəllidir. Bunlar Aslan və Batırdır. Bildiyiniz kimi, Bakı 2026-cı ilin idman paytaxtı seçilib. Turnirin də məhz bu ilə təsadüf etməsi müsbət məqamdır".

    Yarış avqustun 22-23-də Bakı İdman Sarayında təşkil olunacaq. Dünya çempionatına 24 ölkədən ümumilikdə 200-ə yaxın idmançı qatılacaq.

    Azərbaycan yarışda 8 qız və 8 oğlan olmaqla, ümumilikdə 16 güləşçi ilə təmsil olunacaq. Kişilərin mübarizəsində Elşən Dünyamalıyev (55 kiloqram), Eyvaz Baxşıyev (60 kiloqram), Mirfəttah Seyidəliyev (65 kiloqram), Elvin Bağırov ( 74 kiloqram), Adil Adilzadə (90 kiloqram), Tuncay Şamil (100 kiloqram) və Məmməd Məmmədzadə ( +100 kiloqram), qadınlar arasında isə Mələkxanım Məmmədova (48 kiloqram), Aynur Əfəndiyeva ( 52 kiloqram), Fidan Hüseynova (56 kiloqram), Leyla Atayeva (60 kiloqram), Məryəm Mehdiyeva (65 kiloqram), Günel Həsənli (70 kiloqram), Diana Şoranova (77 kiloqram) və Nigar Süleymanova (+77 kiloqram) çıxış edəcəklər.

    Güləş

    Güləşçilərimiz Rusiyada 2 qızıl medal qazandı

    12.10.2026 23:14:47
    Güləş

    Millimiz dünya çempionatına Qubada hazırlaşır

    12.10.2026 12:18:03
    Güləş

    Azərbaycan Güləş Federasiyasından cüdo ictimaiyyətinə TƏBRİK

    11.10.2026 23:18:31
    Güləş

    Azərbaycanı Las-Veqasda 23 güləşçi təmsil edəcək - ADLAR

    7.10.2026 17:20:36
    Güləş

    Ən güclü güləşçilər Masallıda müəyyənləşdi - ADLAR

    5.10.2026 16:14:41
    Güləş

    Nazirdən dünya çempionu olan millimizə təbrik

    1.10.2026 18:21:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    II Liqa: 2 oyuna 6 qol vuruldu

    12.10.2026 23:48:28

    Güləşçilərimiz Rusiyada 2 qızıl medal qazandı

    12.10.2026 23:14:47

    "Bakıdan qələbə ilə qayıtmaq istəyirik" - Tomaş Vlçek

    12.10.2026 22:45:55

    Puxaç "Sabah"a necə transfer olundu? - Bir keçidin hekayəsi - VİDEO

    12.10.2026 22:15:21

    Bakıda Çempionlar Liqası oyununa görə dəyişiklik

    12.10.2026 21:41:20

    "Sabah”ı "Barselona" ilə müqayisə edərdim" – "Slaviya"nın baş məşqçisi

    12.10.2026 21:13:47

    Kayak və kanoeçilərimiz Gürcüstanda yarışda iştirak edəcəklər - Fotolar

    12.10.2026 20:42:29

    Məşhur güləşçilərimiz ortaq idman zalı açdılar - FOTOLAR

    12.10.2026 20:18:58

    Bu federasiyaya yeni prezident seçildi

    12.10.2026 19:40:01

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07

    "Bəlkə onlar üçün asan rəqib kimi görünürük, amma nəyə qadir olduğumuzu bilirik" - Valdas Dambrauskas

    12.10.2026 18:48:12

    "Yaxşı nəticə ilə xalqımızı sevindirməyə çalışacağıq" - Rəhman Daşdəmirov

    12.10.2026 18:33:12

    Azərbaycan komandası Belarusda 1-ci oldu

    12.10.2026 18:06:59

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31

    "Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var" - Riçard Trautman

    12.10.2026 17:36:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved