Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Heyətə düşə bilməyənlər digərlərindən heç də geri qalmırlar" - Millinin baş məşqçisi
    17.08.2026 19:48:42

    Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani bu ay Bakıda keçiriləcək yarışlarla bağlı fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis hazırlıq prosesinin intensiv şəkildə davam etdiyini bildirib.

    O, avqustun 16-da sonuncu təlim-məşq toplanışına start verdiklərini söyləyib: "Qeyd etmək istəyirəm ki, bu, çimərlik güləşində bir ilk olacaq. Digər təlim-məşq toplanışlarından fərqli olaraq, bu dəfə hazırlıq prosesində yerli idmançılarla yanaşı, xarici güləşçilər də iştirak edəcəklər. Toplanış yarış gününə qədər davam edəcək və 6-dan çox ölkədən idmançılar orada yer alacaq. Ümid edirik ki, bu hazırlıq bizim üçün faydalı və məhsuldar olacaq".

    Nəzəriani heyət seçiminin artıq yekunlaşdığını və güləşçilərin müəyyən meyarlar əsasında müəyyənləşdirildiyini vurğulayıb: "Bəli, heyətimiz artıq müəyyənləşib. Heyətin formalaşdırılmasında ölkə çempionatının nəticələri, təlim-məşq toplanışları zamanı idmançıların ümumi hazırlıq səviyyəsi, eləcə də yoxlama görüşlərindəki çıxışları nəzərə alınıb. Çalışmışıq ki, yarış üçün ən güclü və ən layiqli idmançıları seçək. Təbii ki, heyətə düşə bilməyən güləşçilərimiz də digərlərindən heç də geri qalmırlar. Sadəcə, hər yarışın öz prioritetləri var. Hazırkı mərhələdə daha hazırlıqlı və daha güclü olan idmançılara üstünlük verməyə çalışmışıq".

    Baş məşqçi yarışın Bakıda keçirilməsinin həm təşkilati, həm də idmançıların fiziki və psixoloji hazırlığı baxımından mühüm sınaq olacağını qeyd edib: "Qeyd etdiyiniz kimi, yarış doğma Bakıda keçiriləcək. Ölkəmizin bu yarışa ev sahibliyi etməsi çimərlik güləşi baxımından bizim üçün bir ilkdir. Bu səbəbdən tədbir həm təşkilati baxımdan, həm də güləşçilərin fiziki və psixoloji hazırlığı baxımından mühüm sınaq olacaq. Azərbaycan çimərlik güləşi üzrə dünyada qabaqcıl ölkələrdən biri sayılır. Demək olar ki, hər il yaxşı nəticələr əldə edirik. İnanırıq ki, bu yarışda da güləşçilərimiz uğurlu çıxış edəcəklər. Əsas məqsədimiz yüksək hazırlıq səviyyəmizə və özümüzə olan inamımıza söykənərək "doğma divarlar" arasında yaxşı nəticələr qazanmaqdır. İdmançılarımızla bu istiqamətdə söhbətlər aparır, onların yarışa həm fiziki, həm də psixoloji baxımdan tam hazır olmalarına çalışırıq".

    O, yarışın Azərbaycanda keçirilməsinin çimərlik güləşinin inkişafına və kütləviləşməsinə töhfə verəcəyini əlavə edib: "Turnirin ölkəmizdə keçirilməsi çimərlik güləşinin inkişafına və kütləviləşməsinə mühüm töhfə verəcək. Artıq günü-gündən bu güləş növünə marağın artdığını görürük. Həm valideynlər, həm klublarda, həm də bölgələrdə fəaliyyət göstərən məşqçilər çimərlik güləşinin qaydaları və məşq sistemi ilə maraqlanırlar. Bu da onu göstərir ki, çimərlik güləşi ölkəmizdə getdikcə kütləviləşir. Əminik ki, belə mötəbər yarışın Azərbaycanda keçirilməsi bu növün inkişafına və daha çox insanın çimərlik güləşinə maraq göstərməsinə xüsusi təkan verəcək".

    Nəzəriani yarışda 4 qitədən idmançıların iştirak edəcəyini, konkret rəqib seçmədiklərini və bütün görüşlərə eyni ciddiyyətlə yanaşacaqlarını bildirib: "Bu yarışda 4 qitədən idmançılar iştirak edəcək və kifayət qədər güclü ölkələrin nümayəndələri mübarizə aparacaqlar. Lakin konkret olaraq hansısa ölkənin və ya idmançının adını çəkmək istəmirəm. Bizim komandanın fəlsəfəsi ondan ibarətdir ki, istənilən rəqibə qarşı ciddi hazırlaşırıq və hər bir rəqibə eyni dərəcədə hörmətlə yanaşırıq. Bizim üçün qarşıdakı ilk rəqib ən ciddi rəqibdir. Buna görə də hər görüşə maksimum konsentrasiya ilə yanaşacağıq."

    Sonda baş məşqçi azarkeşlərə müraciət edərək onları milli komandaya dəstək olmağa çağırıb: "Azarkeşlərimizdən bizi bu yarışda tək qoymamalarını xahiş edirəm. Doğma Bakıda, öz tamaşaçılarımızın qarşısında mübarizə aparmaq bizim üçün böyük motivasiyadır. Onların tribunadakı dəstəyi güləşçilərimizə əlavə güc və inam verəcək. İnanıram ki, birlikdə gözəl nəticələr qazana bilərik. Bütün azarkeşlərimizi yarışa dəvət edir və milli komandamıza dəstək olmağa çağırıram. İnşallah, onların qarşısında layiqli çıxış edib Azərbaycanımızı sevindirəcəyik".

    Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı 27 avqustda, böyüklər arasında Dünya Seriyasının IV mərhələsi isə 28-29 avqustda "Sea Breeze" istirahət mərkəzində keçiriləcək.

    Güləş

    Bakıdakı nüfuzlu yarışların azərbaycanlı hakimləri açıqlandı

    24.08.2026 20:39:15
    Güləş

    Dünya çempionatı: Güləşçimiz ermənini xalçaya çıxmağına peşman etdi

    22.08.2026 20:39:07
    Güləş

    Dünya çempionatı: 2 qadın güləşçimiz finalda uduzdu

    21.08.2026 21:36:04
    Güləş

    Bakıdakı dünya çempionatına 24 ölkədən 200-ə yaxın idmançı qatılacaq

    20.08.2026 15:43:05
    Güləş

    Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

    19.08.2026 22:08:57
    Güləş

    Ayxan Cavadov ardıcıl 2-ci dəfə dünya çempionatının finalında

    18.08.2026 21:57:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Ümumi məqsəd futbolun inkişafıdır” – Mehman Əlimov

    24.08.2026 23:42:52

    "Qarabağ"la oyun öncəsi "Tvente"də yeni müqavilə

    24.08.2026 23:40:26

    Ramil Şeydayev KAMAZ-a qarşı oynadı

    24.08.2026 23:09:31

    "Karvan-Yevlax" növbəti transferini açıqladı

    24.08.2026 22:43:17

    "Qarabağ"dan inamlı qələbə, "Neftçi" darmadağın oldu

    24.08.2026 22:15:31

    "Turan Tovuz"un qolu niyə sayılmadı? - VİDEO

    24.08.2026 21:43:03

    Avropa çempionatı: Millimizdən ardıcıl 3-cü qələbə

    24.08.2026 21:19:50

    "Bu stadionda oynamağı sevirik" - Velko Simiç

    24.08.2026 21:06:58

    "Sabah qalib gələcəyimizə inanırıq" – Valdas Dambrauskas

    24.08.2026 20:55:59

    Bakıdakı nüfuzlu yarışların azərbaycanlı hakimləri açıqlandı

    24.08.2026 20:39:15

    “Zirə” - “Neftçi” matçının başlama saatı bilindi

    24.08.2026 20:07:59

    "Ailəm "Sabah"la oyunu tribunadan izləyəcək" - Ran Kojux

    24.08.2026 19:12:17

    "Xəyal qurmaq insanın təbiətində var, lakin hələ yolun yarısındayıq" - "Hapoel"in qapıçısı

    24.08.2026 19:03:45

    "Karvan-Yevlax" Ezeni heyətinə qatdı

    24.08.2026 18:40:13

    Kevin Medina yeni klubunda ilk titulunu qazandı - FOTO

    24.08.2026 18:15:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved