“Neftçi” basketbol klubu heyətini daha bir gənc yerli oyunçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının 19 yaşlı üzvü Derin Berköz ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
192 sm boya malik müdafiəçinin son klubu “NTD” olub.
Qeyd edək ki, Berköz Azərbaycan millisinin də üzvüdür.
