Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Onlar sanki illərdir bu komandanın bir parçasıdırlar" - Millimizin baş məşqçisi
    14.08.2026 16:11:48

    3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası üçün əsas hədəf Dünya Qadın Seriyasının final mərhələsinə vəsiqə qazanmaq və orada maksimum nəticə göstərməkdir.

    Prosport.Az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Ratomir Deliç Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

    Mütəxəssis paytaxt təmsilçisinin oyunçularının bu mövsüm ciddi zədələrlə üzləşdiyini söyləyib: "Lakin bu sınaqdan üzüağ çıxa bildik. Bu proses bir komanda olaraq böyüdüyümüzü və yeni transferlərin komandaya uyğunlaşmasını necə sürətləndirdiyimizin sübutudur. Yeni gələnlərin kollektivə bu dərəcədə tez uyğunlaşması həqiqətən təsirlidir. Onlar sanki illərdir bu komandanın bir parçasıdırlar. ​"Neftçi SOCAR" üçün əsas hədəf Dünya Qadın Seriyasının final mərhələsinə vəsiqə qazanmaq və orada maksimum nəticə göstərməkdir. Hesab edirəm ki, müntəzəm mövsümün sonunda ilk 2 pillədən birini tutmaq üçün hələ də real şanslarımız var və bu, bizə böyük uğur gətirə bilər. ​Bu həftəsonu Azərbaycanda keçiriləcək yarışda meydana yenidən bir-biri ilə oynamamış yeni heyətlə çıxacağıq. Buna baxmayaraq, tam hazır vəziyyətdəyik. Hazırda ən vacib məqam gələn ayın əvvəlindəki həlledici matçlara addım-addım hazırlaşmaqdır. ​Milli komanda olaraq olimpiya təsnifat turnirlərinə vəsiqə uğrunda mübarizədə də yaxşı mövqedəyik. Bu, uzunmüddətli əsas hədəfimizdir. Bir sözlə, bu mövsüm indiyə qədər ortaya qoyduğumuz işlərdən tam razıyam".

    Azərbaycan millisinin də baş məşqçisi olan Deliç yığmanın bu il indiyədək kifayət qədər uğurlu çıxış etdiyini vurğulayıb: "Dünya Kubokunda yüksək performans göstərsək də, təəssüf ki, turniri tam heyətlə başa vura bilmədik və son gün bizim üçün xüsusilə çətin keçdi. Buna baxmayaraq, hətta 3 oyunçu ilə belə, xüsusən yarımfinalda əsl əzmkarlıq nümayiş etdirdik. ​Avropa Kubokunun təsnifat mərhələsi də bizim üçün unudulmaz oldu. 2 möhtəşəm günü geridə qoyduq və yenə də 3 basketbolçu ilə vacib qələbə qazandıq. Mövsüm ərzində üzləşdiyimiz zədə problemlərinə rəğmən, qızların bütün çətinliklərə sinə gərərək mübarizə aparması və nəticə qazanması qürurvericidir. ​Önümüzdə hələ çox vacib bir turnir var və orada da özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Həmişə dediyim kimi, meydana tam diqqət və yüksək enerji ilə çıxsaq, nəticədən asılı olmayaraq, komandamla fəxr edəcəyəm".

    Xatırladaq ki, Azərbaycan millisi və "Neftçi SOCAR" avqustun 15-16-da Dünya Qadın Seriyasının "Sea Breeze"də keçiriləcək mərhələsində çıxış edəcək.​

    Top oyunları

    Bu klub dağılmaq təhlükəsi ilə üz-üzədir

    12.09.2026 17:51:21
    Basketbol

    "Gəncə" meksikalı mütəxəssislə müqavilə imzaladı

    12.09.2026 16:46:50
    Basketbol

    Naxçıvan klubunda yeni müqavilə

    12.09.2026 13:41:02
    Voleybol

    Avrokubok təmsilçilərimizin oyun proqramı açıqlandı

    12.09.2026 12:37:16
    Basketbol

    Yığmamız Türkiyədə 2-ci oldu

    12.09.2026 12:04:53
    Top oyunları

    Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

    12.09.2026 11:43:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bu klub dağılmaq təhlükəsi ilə üz-üzədir

    12.09.2026 17:51:21

    “Sea Breeze 2026” turnirində yarımfinal mərhələsi başladı

    12.09.2026 17:44:22

    Hidayət Heydərov zədələndi

    12.09.2026 16:53:19

    "Kəpəz" – "Qəbələ": HEYƏTLƏR

    12.09.2026 16:48:15

    "Gəncə" meksikalı mütəxəssislə müqavilə imzaladı

    12.09.2026 16:46:50

    Futbolda yenilik: Qara kart tətbiq olunacaq

    12.09.2026 16:31:53

    Qana millisinin üzvü milli komanda karyerasını başa vurdu

    12.09.2026 15:36:55

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibi futbolçusunu icarəyə verdi

    12.09.2026 14:45:14

    "Düzdür, qol vurdum, amma..." - "Neftçi"nin legioneri

    12.09.2026 14:08:23

    Naxçıvan klubunda yeni müqavilə

    12.09.2026 13:41:02

    "Qarabağ"ın afrikalı futbolçusu millimizdə oynamaq istəyir - VİDEO

    12.09.2026 13:10:24

    Avrokubok təmsilçilərimizin oyun proqramı açıqlandı

    12.09.2026 12:37:16

    Yığmamız Türkiyədə 2-ci oldu

    12.09.2026 12:04:53

    Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

    12.09.2026 11:43:33

    Azərbaycan çempionu Gəncə klubuna keçdi

    12.09.2026 11:12:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved