"Neftçi" basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, Bakı təmsilçisi Robert Hovard ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalayıb.
ABŞ-dən olan 29 yaşlı basketbolçu 2,03 metr boya malikdir. Təcrübəli hücumçu karyerası ərzində Avstriya, Çexiya, Belçika və Slovakiya çempionatlarında çıxış edib. Amerikalı basketbolçunun son klubu Slovakiya təmsilçisi "Slovan” (Bratislava) olub.
