"Qarabağ"ın 2 Akademiya komandası Bakıda qonaq olan Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə yoxlama oyunu keçirib.
Prosport.Az-ın xəbərinə görə, Binə qəsəbə stadionunda 19 yaşadək komandaların (U-19) oyununda "Qarabağ" 3:2 qalib gəlib.
"Qarabağ"dan qolları Onur Əliyev, Mehdi Hüseyn və Daniil Rəcəbov vurub.
"Sərhədçi" İdman Mərkəzinin stadionunda 16 yaşadək komandalar arasında baş tutan matçda isə qonaq komanda qələbəyə sevinib – 2:1. "Qarabağ"ın yeganə qolunu Səbran Muradlı penaltidən vurub.
