Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Dünya Güləş Birliyi Bakıdakı tədbiri yüksək qiymətləndirdi
    12.08.2026 18:30:39

    Dünya Güləş Birliyi (UWW) 3-8 avqust tarixlərində Bakıda “More Than Medals” düşərgəsinin 10 illik yubileyi münasibətilə keçirilən tədbirlə bağlı yazı hazırlayıb.

    Prosport.Az xəbər verir ki, UWW tədbirin təşkilatçılığını yüksək qiymətləndirib.

    Yazıda qeyd edilib ki, UWW-nin İnkişaf Departamenti tərəfindən keçirilən yubiley düşərgəsində rekord sayda – 21 ölkədən 74 idmançı və 21 məşqçi olmaqla, ümumilikdə 95 iştirakçı bir araya gəlib. Bu göstərici “More Than Medals” düşərgəsinin tarixində ən böyük iştirak sayı olub.

    Proqramın 10 illik yubileyi UWW prezidenti Nenad Laloviçin təşəbbüsü ilə həyata keçirilib. Layihənin əsas məqsədi gənc güləşçilərin yalnız xalça üzərində deyil, həm də şəxsi inkişaf baxımından dəstəklənməsi, onların aidiyyət hissinin, özünəinamının və dostluq münasibətlərinin gücləndirilməsidir.

    Düşərgənin fəlsəfəsinə uyğun olaraq, iştirakçılar üçün zəngin və müxtəlif proqram hazırlanıb. Təlimlər çərçivəsində güləş üzrə texniki məşğələlər, əyləncəli oyunlar, fiziki hazırlıq və güc məşqləri, çimərlik güləşi, antidopinq maarifləndirilməsi, eləcə də iqlim dəyişikliyi və ətraf mühitlə bağlı maarifləndirici tədbirlər keçirilib. Eyni zamanda, düşərgə tədbir iştirakçılarının bir-biri ilə ünsiyyət qurmasına, təcrübə mübadiləsi aparmasına və dostluq münasibətləri yaratmasına şərait yaradıb. Düşərgənin 10 illik yubileyi həftə ərzində formalaşan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə imkan verən ənənəvi Azərbaycan süfrəsi və əyləncə proqramı ilə başa çatıb.

    Maarifləndirici proqram çərçivəsində Olimpiya çempionları - Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov gənc idmançılarla öz karyeraları və qazandıqları təcrübə barədə fikirlərini bölüşüblər. Onlar gənc nəslin güləşə sadiq qalmasının, özlərinə inanmasının və Olimpiya arzularının arxasınca getməsinin vacibliyini vurğulayıblar.

    Yunan-Roma güləşi üzrə U-17 millisinin böyük məşqçisi Rafiq Hüseynov düşərgənin əhəmiyyətini yüksək qiymətləndirib: “Bu düşərgə sadəcə güləş məşqlərindən ibarət deyildi. Müxtəlif ölkələrdən olan gənc idmançıların bir-birindən öyrənməsi, dostluq münasibətləri qurması və idmanımızın əsl dəyərlərini hiss etməsi üçün böyük imkan yaratdı. İnanıram ki, bu anlar onların yaddaşında uzun illər qalacaq və təkcə güləşçi kimi deyil, həm də şəxsiyyət kimi formalaşmalarına töhfə verəcək. Güləş məhz budur – medallardan daha böyük anlam kəsb edir”.

    Tunisin U-17 qadın güləşi üzrə millisinin baş məşqçisi Feten Hammami düşərgənin həm peşəkar, həm də şəxsi baxımdan faydalı olduğunu qeyd edib: “Düşərgə həm peşəkar, həm də şəxsi baxımdan əla təcrübə oldu. Müxtəlif ölkələrdən olan məşqçi və idmançılarla öyrənmək, təcrübə mübadiləsi aparmaq və ünsiyyət qurmaq imkanımız yarandı. Meksikadan Lupita və İspaniyadan Tereza ilə birgə məşğələdə iştirak etmək fikirlərimizi bölüşmək baxımından gözəl fürsət idi. Müsbət atmosferi, məşğələlərin yüksək səviyyəsini və həftə ərzində hökm sürən güclü əməkdaşlıq ruhunu yüksək qiymətləndirdim. Ümid edirəm ki, müxtəlif ölkələrdən olan məşqçi və idmançıları bir araya gətirərək öyrənməyə, təcrübə mübadiləsinə və inkişaf etməyə imkan verən belə düşərgələri gələcəkdə də davam etdirə biləcəyik”.

    Meksika nümayəndə heyətinin rəhbəri Mariya Qvadalupe Bautista düşərgənin gənc idmançıların inkişafında mühüm rol oynadığını bildirib. O, möhtəşəm təcrübəyə görə təşkilatçılara dərin təşəkkürünü bildirib: “Ölkənizdən xoş xatirələr və böyük minnətdarlıq hissi ilə ayrılırıq. Uşaqlar evə çox xoşbəxt, motivasiyalı və zəngin təəssüratlarla qayıtdılar. İnanıram ki, məhz belə imkanlar onların inkişafında mühüm rol oynaya bilər. Meksikanın qapıları sizin üçün hər zaman açıqdır. Ümid edirik ki, çox yaxın zamanda yenidən görüşəcəyik”.

    Əlcəzair nümayəndə heyətinin üzvü Nuiqa Sofyanın təəssüratları belə olub: “Bu düşərgədə iştirak etmək bizim üçün böyük şərəf oldu. Düşərgə yüksək səviyyədə təşkil olunmuşdu və bizə öyrənmək, təcrübə mübadiləsi aparmaq, eləcə də dünyanın müxtəlif ölkələrindən olan iştirakçılarla möhkəm dostluq əlaqələri qurmaq üçün dəyərli imkan yaratdı. UWW-yə və Azərbaycana göstərdikləri səmimi qonaqpərvərliyə, isti münasibətə və düşərgənin yüksək səviyyədə təşkilinə görə dərin təşəkkürümüzü bildiririk”.

    Argentina nümayəndə heyətinin rəhbəri Dieqo Sebastyan Kasas güləşin müxtəlif ölkələrdən olan insanları birləşdirən mühüm vasitə olduğunu vurğulayıb: “Burada hər bir söhbətdən, hər bir tövsiyədən və xüsusilə bilik və təcrübə mübadiləsindən çox şey öyrəndim. Bu düşərgədən zəngin təcrübə və ən əsası, çox dəyərli insanlarla bağlı xoş təəssüratlarla ayrılıram”.

    UWW-nin İnkişaf Departamentinin direktoru Deqa Niamkey düşərgənin gənc güləşçilər üçün ilhamverici olduğunu bildirib: “Güləşə töhfə vermək və bu idman növünün inkişafı naminə çalışmaq mənim üçün böyük şərəfdir. Azərbaycan Güləş Federasiyasına xüsusi təşəkkürümü bildirirəm. Siz möhtəşəm ev sahibi və böyük dostsunuz”.

    Güləş

    Azərbaycanın 2 güləşçisi dünya çempionatının finalında - YENİLƏNDİ

    24.10.2026 20:15:06
    Güləş

    Nenad Laloviç 3-cü dəfə UWW prezidenti seçildi, AGF təbrik etdi - FOTOLAR

    23.10.2026 17:37:26
    Güləş

    Dünya çempionatı: Güləşçilərimizin ilk rəqibləri bilindi

    23.10.2026 16:15:13
    Güləş

    Namiq Əliyev namizədliyini götürdü, Nenad Laloviç 3-cü dəfə prezident seçildi

    23.10.2026 12:33:47
    Güləş

    Güləş yığmaları fizioterapistlərlə təmin olunacaq

    22.10.2026 11:49:17
    Güləş

    "Güləşçilərimiz dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar" - Elçin Cəfərov

    21.10.2026 19:16:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    ABL: Bu gün daha iki oyun keçiriləcək

    25.10.2026 11:55:33

    Millimiz bu gün iki oyuna çıxacaq

    25.10.2026 10:53:57

    İlham Əliyev onları təbrik etdi - “Bu, tarixdə qalacaq”

    25.10.2026 10:04:48

    Ramil Şeydayev oynadı, komandası qələbə qazandı

    24.10.2026 23:45:35

    Cüdo yığmamız Qran-Pri turnirinə 3 medalla başladı

    24.10.2026 23:13:18

    Millimizin futbolçusu üçün 56 dəqiqə və məğlubiyyət

    24.10.2026 22:46:25

    "Futbolçuların beyinlərinə girə bilmirəm" – Yuri Vernidub

    24.10.2026 22:14:26

    "Prezident İlham Əliyevin təbriki futbolçulara əlavə motivasiya verdi" - Famil Xəlilov

    24.10.2026 21:42:16

    "Düşünürəm ki, bu gün Bakıda 2 xal itirdik" – Qurban Berdiyev

    24.10.2026 21:19:04

    "Neftçi" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi - VİDEO

    24.10.2026 21:07:08

    Millimiz Bakıdakı dünya çempionatına darmadağınla başladı

    24.10.2026 20:52:05

    Azərbaycanın 2 güləşçisi dünya çempionatının finalında - YENİLƏNDİ

    24.10.2026 20:15:06

    Prezident və ailəsi millimizin oyununda - VİDEO+FOTOLAR

    24.10.2026 20:06:19

    Bakıda dünya çempionatının açılış oldu

    24.10.2026 19:50:52

    "Büdcəmiz bu qədər qələbə üçün nəzərdə tutulmamışdı" - Azər Məmmədov

    24.10.2026 19:30:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved