"LANDAU Layns" basketbol klubu Litva və ABŞ vətəndaşlığı olan Arnas Sakenisi heyətinə cəlb edib.
Prosport.Az xəbər verir ki, 2.15 m boya malik 20 yaşlı basketbolçu mərkəz mövqeyində çıxış edir.
Sakenis ötən mövsüm NCAA-də ən yaxşı müdafiəçi seçilib. O, həmçinin NBA Yay Liqasında "Mayami Hit" formasını geyinib.
