Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
       
    FIFA-nın iki böyük turnirinə hazırlıq müzakirə olunub
    5.08.2026 21:06:01

    Avqustun 5-də 2027-ci ildə Azərbaycanda keçiriləcək FIFA U-20 Dünya Çempionatı ilə bağlı yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib.

    Prosport.Az xəbər verir ki, ıclasda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2026-cı il tarixli sərəncamına əsasən, 2026-cı ildə ölkəmizdə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının təşkili məsələləri də həmin Təşkilat Komitəsinə həvalə edilib. Bu səbəbdən əvvəlcə oktyabrın 22-31-də keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlığın mövcud vəziyyəti müzakirə olunub.

    Təşkilat Komitəsinin sədri, Baş nazirin müavini Samir Şərifov qeyd edib ki, dünya futbolu tarixində ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının Azərbaycana həvalə olunması ölkəyə göstərilən yüksək etimadın göstəricisidir. Onun sözlərinə görə, yarışda 175-dən çox ölkənin hər biri 20 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq və tədbirin əsas məqsədi gənc futbol istedadlarının inkişafına beynəlxalq səviyyədə töhfə verməkdir.

    İclas zamanı idman obyektlərinin yarışlara hazırlığı, tikinti və infrastruktur işlərinin gedişi, eləcə də digər təşkilati məsələlər nəzərdən keçirilib.

    Daha sonra 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatına hazırlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, turnirdə 24 milli komanda iştirak edəcək. Açılış və final oyunları da daxil olmaqla qarşılaşmaların keçiriləcəyi şəhərlərin müəyyənləşdirilməsi istiqamətində AFFA, FIFA və Özbəkistan Futbol Federasiyası arasında məsləhətləşmələr davam edir.

    Sonda Prezidentin müvafiq sərəncamlarından irəli gələn tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq göstərişlər verilib, həm FIFA U-15 Dünya Çempionatı və Festivalı, həm də FIFA U-20 Dünya Çempionatı üzrə qurumlararası koordinasiyanın gücləndirilməsi və təşkilati məsələlərin operativ həlli üçün konkret vəzifələr müəyyənləşdirilib.

    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    UFC döyüşçüsü Şavkat Raxmonovun atası vəfat edib

    9.08.2026 21:41:33

    Elvin Cəfərquliyevin vəziyyəti bəlli oldu

    9.08.2026 20:58:24

    Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdu – FOTOLAR

    9.08.2026 20:06:17

    Azərbaycan cüdoçuları Almatıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir – FOTOLAR

    9.08.2026 19:33:22

    Bölgə klubu altı futbolçu ilə güclənib – ADLAR

    9.08.2026 18:45:15

    "Turan Tovuz" millimizin üzvünü transfer etdi

    9.08.2026 18:41:47

    “Tottenhem” Romeronu “Arsenal”a satmaqdan imtina edib

    9.08.2026 17:30:01

    Oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri müəyyənləşib – FOTOLAR

    9.08.2026 16:26:19

    Maldini “Kalyari”yə keçdi

    9.08.2026 15:37:43

    Millimiz Avropa çempionatını XVII pillədə bitirib

    9.08.2026 14:43:55

    “Milan” Leandro Paredesi transfer etmək istəyir

    9.08.2026 14:10:37

    PSJ “Parma”nın qapıçısını transfer etməyə yaxındır

    9.08.2026 12:33:00

    “Qalatasaray” mövsümöncəsi son yoxlama oyununda da uduzdu – VİDEO

    9.08.2026 11:49:28

    “Aston Villa” “Atletiko”nun müdafiəçisini transfer etmək istəyir

    9.08.2026 11:08:00

    “İnter Mayami” Neymarı heyətinə qatmaq istəyir

    9.08.2026 10:55:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved