"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib. Prosport.Az xəbər verir ki, “sarı-göylər” Elgün Bayramovla mövsümün sonuna kimi anlaşma imzalayıb. 23 yaşlı qapıçı geridə qoyduğumuz mövsümdə 2 oyunda qapını qoruyub.