Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” (Albaniya) Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyununda “Şemrok Rovers”un (İrlandiya) qonağı olub.
Prosport.Az xəbər verir ki, qarşılaşmada İrlandiya klubu 3:1 hesabı ilə qalib gəlib.
Əliyev bu matçda meydana start heyətində çıxıb və 69-cu dəqiqədə – bütün qollar vurulandan sonra əvəzlənib.
Xatırladaq ki, Zamiq Əliyev hərbi xidmət məsələlərinə görə bir müddət idi Azərbaycanı tərk edə bilmirdi. 25 yaşlı müdafiəçi daha sonra bu problemi həll edərək gec də olsa, komandasına qoşula bilmişdi.
