Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Bakıda keçirilən ilin ilk mötəbər turnirindən üzüağ çıxa bilmədik – MÜQAYİSƏ
    3.08.2026 09:42:29

    Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatı başa çatdı.

    Prosport.Az 1 il əvvəl Yunanıstanın paytaxtı Afinada keçirilmiş analoji dünya çempionatında qeydə alınmış nəticə ilə ölkəmizdə təşkil olunanı müqayisə edib.

    Azərbaycan 2025-ci ildə həmin yarışa 23 idmançı ilə yollanıb. Yunan-Roma güləşində Əli Nəzərov (60 kq) qızıl, Hikmət Haqverdiyev (51 kq) gümüş, Abdurrahman Hüseynli (45 kq) bürünc medal qazanmışdı. Sərbəst güləşçilərimizdən Hüseyn İsmayılov (65 kq) qızıl, Həsən Həsənov (60 kq), Səid Paşayev (92 kq) və Hakim Tağıyev (110 kq) bürünc medalı ölkəmizə gətirmişdi. Qız güləşində medal olmamışdı.

    Bununla da Azərbaycan Afinanı 2 qızıl, 1 gümüş və 4 bürünc medalla tərk etmişdi. Nəticədə Azərbaycan yarışı 7-ci sırada başa vurmuşdu. Komanda şəklində yunan-Roma millimiz 100 xalla 5-ci, sərbəst güləş yığmamız isə 90 xalla 4-cü olmuş və kubok qazana bilməmişdi.

    Bəs Bakıda keçirilən dünya çempionatında hansı nəticə qeydə alındı? Komandamız 29 idmançı ilə yarışa qatılmışdı. Bunlardan yunan-Roma və sərbəst güləş millilərimiz maksimum – 10 nəfərlik heyətlə mübarizə aparırdı.

    Yunan-Roma güləşində Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq), İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq) bürünc medalla kifayətləndi. Bu nəticədən sonra Rafiq Hüseynovun böyük məşqçi olduğu millimiz 107 xalla gümüş kubok qazandı (Rusiya 127 xalla 1-ci, İran 96 xalla 3-cü oldu). Bu, 2014-cü ildən yeniyetmələrin dünya çempionatında 5-ci gümüş kubokumuzdur. Sonuncu dəfə 2023-cü ildə eyni uğuru təkrarlamışdıq.

    Mariya Stadnikin baş məşqçisi olduğu qız güləşində isə yenə medal olmadı. Hacı Əliyev isə sərbəst güləşdə böyük məşqçi kimi ilk ciddi sınağından üzüağ ayrıla bilmədi. Dünya çempionatı öncəsi böyük məşqçi təyin edilən Hacı Əliyevin 10 idmançısından yalnız İbrahim Həsənov (51 kq) gümüş medalla kifayətləndi.

    Sərbəst güləş millimiz 28 xalla yalnız 13-cü ola bildi. Statistika üçün qeyd edək ki, Rusiya 146 xalla 1-ci, İran 145 xalla 2-ci və Hindistan 123 xalla 3-cü oldu.

    Qız millimiz isə 24 xalla 15-ci yeri tutdu. ABŞ 167 xalla 1-ci, Hindistan 132 xalla 2-ci və Yaponiya 126 xalla 3-cü oldu.

    Göründüyü kimi, Azərbaycan bu il Bakıda keçiriləcək ilk mötəbər turnirindən yaxşı nəticə ilə çıxa bilmədi. Bakıda 1 qızıl medalın olmaması barədə isə ciddi-ciddi təhlillər aparılmalıdır.

    Müqayisə üçün onu da qeyd edək ki, 2012-cü ildə Bakının ev sahibliyi etdiyi analoji dünya çempionatında yunan-Roma güləş millimiz qızıl kubok qazana bilmişdi.

    Səbuhi Musa

    Güləş

    Azərbaycanın 2 güləşçisi dünya çempionatının finalında - YENİLƏNDİ

    24.10.2026 20:15:06
    Güləş

    Nenad Laloviç 3-cü dəfə UWW prezidenti seçildi, AGF təbrik etdi - FOTOLAR

    23.10.2026 17:37:26
    Güləş

    Dünya çempionatı: Güləşçilərimizin ilk rəqibləri bilindi

    23.10.2026 16:15:13
    Güləş

    Namiq Əliyev namizədliyini götürdü, Nenad Laloviç 3-cü dəfə prezident seçildi

    23.10.2026 12:33:47
    Güləş

    Güləş yığmaları fizioterapistlərlə təmin olunacaq

    22.10.2026 11:49:17
    Güləş

    "Güləşçilərimiz dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar" - Elçin Cəfərov

    21.10.2026 19:16:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    ABL: Bu gün daha iki oyun keçiriləcək

    25.10.2026 11:55:33

    Millimiz bu gün iki oyuna çıxacaq

    25.10.2026 10:53:57

    İlham Əliyev onları təbrik etdi - “Bu, tarixdə qalacaq”

    25.10.2026 10:04:48

    Ramil Şeydayev oynadı, komandası qələbə qazandı

    24.10.2026 23:45:35

    Cüdo yığmamız Qran-Pri turnirinə 3 medalla başladı

    24.10.2026 23:13:18

    Millimizin futbolçusu üçün 56 dəqiqə və məğlubiyyət

    24.10.2026 22:46:25

    "Futbolçuların beyinlərinə girə bilmirəm" – Yuri Vernidub

    24.10.2026 22:14:26

    "Prezident İlham Əliyevin təbriki futbolçulara əlavə motivasiya verdi" - Famil Xəlilov

    24.10.2026 21:42:16

    "Düşünürəm ki, bu gün Bakıda 2 xal itirdik" – Qurban Berdiyev

    24.10.2026 21:19:04

    "Neftçi" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi - VİDEO

    24.10.2026 21:07:08

    Millimiz Bakıdakı dünya çempionatına darmadağınla başladı

    24.10.2026 20:52:05

    Azərbaycanın 2 güləşçisi dünya çempionatının finalında - YENİLƏNDİ

    24.10.2026 20:15:06

    Prezident və ailəsi millimizin oyununda - VİDEO+FOTOLAR

    24.10.2026 20:06:19

    Bakıda dünya çempionatının açılış oldu

    24.10.2026 19:50:52

    "Büdcəmiz bu qədər qələbə üçün nəzərdə tutulmamışdı" - Azər Məmmədov

    24.10.2026 19:30:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved